Signal komandası, azad ifadəni qoruyan və etibarlı qlobal ünsiyyəti təmin edən açıq mənbəli məxfilik texnologiyasını təkmilləşdirmə missiyasına sadiqdir. Sizin töhfəniz də bu məqsədə xidmət edir. Reklamsız, nəzarətsiz və yalansız.

İanələriniz, şəxsi və ani ünsiyyət üçün dünyada milyonlarla insan tərəfindən istifadə edilən bir tətbiqin inkişaf, server və ötürmə zolağı xərclərini qarşılayır.

Bir e-poçt təqdim etsəniz, vergi qeydləriniz üçün e-poçt təsdiqləmə mesajı alacaqsınız. Signal Technology Foundation, Daxili Gəlir Məcəlləsinin 501c3 saylı bölməsinə əsasən vergidən azad edilmiş müstəqil qeyri-kommersiya və xeyriyyə təşkilatıdır. Federak Vergi Ödəyicisini Eyniləşdirmə Nömrəmiz: 82-4506840.

Qeyd: Signal tətbiqində Google Pay və ya Apple Pay istifadəsi əvəzinə burada ianə versəniz, Signal nişanları əldə edə bilməyəcəksiniz.


Kriptovalyuta ilə ianə

Signal-a kriptovalyuta ilə edilmiş ianələr The Giving Block vasitəsilə emal edilir.

Əgər kriptovalyuta ilə etdiyiniz ianənin ədalətli bazar dəyərinə görə ABŞ-da vergi endirimi almaq istəyirsinizsə, vergi qəbzini almaq üçün əlavə olaraq e-poçt ünvanınızı da təqdim edə bilərsiniz. "The Giving Block" anonim ianələri də dəstəkləyir.